Təbii doğuş
Təbii doğuş – uşağın təbii yolla və tibb heyətinin fəaliyyəti nəticəsində minimum zədələnmə ilə uşaq dünyaya gətirməkdir. Bu adətən normal hamiləlik zamanı baş verir, ağırlaşmasız, uşağın həyatına mənfi təsir etmədən, ananın həyatı üçün təhlükə törətmədən başa çatır. Normal hamiləlik baş verdikdə təbii doğuşun həyata keçməsi üçün əks göstəriş olmur. Bu zaman doğuş müvəffəqiyyətlə həyata keçir.
Doğuşun müddəti bir çox hadisələrdən asılı olaraq 9-11 saat ola bilir. Təkrar doğuşlar zamanı isə bu müddət azalaraq 6-9 saat olur. Bu müddət uşağın fəaliyyətindən və uşaqlığın sıxılmalarında olan hərəkət fəaliyyətindən asılı olaraq dəyişə bilir. Adətən ilk doğuş zamanı kardiotokoqrafiyanın köməyi ilə monitor izləmə təyin edilir. Bəzən ağrıkəsicilər tətbiq etmək lazım gəlir. Bu doğuş prosesinin gedişindən və aktivliyindən asılı olaraq təyin olunur. Təbii doğuş zamanı uşaq dünyaya gəldikdən qısa müddət sonra onu ana döşünə vermək mümkündür. Doğuşdan sonra doğuş yollarına nəzarət edilir, 2 saat müddətində qadın doğuş otağında saxlanılır. Daha sonra isə ana və uşaq ümumi palataya keçirilir.
Müasir günümüzdə bir çox qadınlar təbii doğuşla deyil qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməyə üstünlük verirlər. Mütəxəssislər isə vacibliyi mümkün olmadıqca əməliyyata üz tutmamağı məsləhət bilirlər.
Təbii yolla dünyaya gələn körpələr qeysəriyyə yolu ilə dünyaya gələn uşaqlardan sağlam və möhkəm olurlar. Biunun səbəbi isə təbii yolla dünyaya gələn uşağın ətraf mühidə tədricən adaptasiya olunmasıdır.
Qetysəriyyə yolu ilə dünyaya gələn uşaqlar dünyaya qısa bir zamanda gəldikləri üçün ətraf mühitə gec uyğunlaşırlar. Bu zaman uşaq ana südü ilə qidalanmağa gec başlayır, ana özünə və uşağına istədiyi kimi qulluq edə bilmir. Bu səbəblərə görə təbbi doğuş üstün sayılır.
Qeysəriyyə əməliyyatına göstəriş aşağlıdakılardır:
* kiçik çanaq orqanlarının anormal quruluşu, kiçik ölçüyə malik olması
* uşaqlıqda və uşaqlıq boynunda şişlərin və ya çapıq toxumaların olması, uşaqlıq yolunda uşağın gəlişinə maneçilik törədən patologiyanın olması
* sidik kisəsi və bağırsaq svişinin olması
* uşaqlıq yolunda və vulvada çapıq toxumanın olması
* uşağın normal olmayan vəziyyətdə duruşu(yan gəliş, arxa gəliş)
* dölün normal yerləşməməsi
* uşağın böyük olması
* uşağın çanaqda normal olmayan halda yerləşməsi
* uşağın inkişafdan qalması
* iri ölçüdə miomanmın olması
* doğuşu yerinə yetirmək üçün anada bəzi xəstəliklərin olması( miopiya, epilepsiya, ağırlaşmış ensefalopatiya, ürək qüsurları və s.)
* uşaqlığın anormal formada olması
* uşaqlıq boynunun sonrakı hamiləliyə hazır olmaması
* lazım olmayan qədər -inkişaf etməmiş uişaqlıq boynu
* anamnez zamanı bəzi patologiyaların meydana çıxması, yaşın çox olması, uşaqda hipoksiyanın olması və s.
Aşağıdakı hallarda təxirəsalınmaz qeysəriyyə əməliyyatı tətbiq edilir:
* eklampsiya tutması baş verdikdə
* hestoz və ya ağır döl çatışmazlığı hiss edildiyi zaman
* uşaqlıq boynunun kiçik olduğu zamanlarda
* doğuşu tezləşdirən dərmanların effekti hiss edilmədiyi zamanlarda
* doğuş zamanı uşaqlıqda zəif yığılmalar olduğu zaman
* uşaqlığın cırılma qorxusu olan zaman
* sonun vaxtından tez gəlməsi
* uşağın vəziyyətinin pisləşməsi, kəskin hipoksiya
* çoxsaylı hamiləlik zamanı dölün birinin digərinə təzyiq göstərməsi
Yuxarıda sadalanan səbəblər qeysəriyyə əməliyyatının ekstern şəkildə həyata keçirilməsinə səbəb olur. Ev şəraitində təbii doğuşa hazırlaşan hər bir qadın bu sadalananları nəzərə alaraq doğuşun tibb heyəti tərəfindən həyata keçirilməsinə qərar verməlidir. Doğuş çətin fizioloji prosesdir. Bu prosesin gedişinin necə olması barədə senari yazmaq mümkün deyil. Biz doğuşun ağırlaşmaları barədə heç nə demək istəmirirk. Doğuş ağrılaşmalarının baş vermə səbəbləri həddindən çoxdur. Əsas məqsəd isə ən az risk faktoru ilə doğuşu həyata keçirərək ana və uşağın sağlam qalmasıdır. Ən yaxşısı isə doğuşun həkim və tibbi personalla həyata keçirilməsidir. Çünki, bəzi hadisələrin qarşısını tibb işçiləri olmadan almaq mümkün deyil.