Qeysəriyyə əməliyyatı
Qeysəriyyə əməliyyatı qarında kəsik aparmaqla doğuşu həyata keçirməkdir. 25 il əvvəllə müqayisədə indi bir çox qadınlar qeysəriyyə ilə uşaq dünyaya gətirməyi planlaşdırırlar. Qeysəriyyə əməliyyatı barədə bəzi pis fikirlər söylənilsə də bu əməliyyatla bir çox uşaq və ana xilas olub.
Qeysəriyyə əməliyyatının çox faydası olsa da kor təbbi surətdə ona müraciət etmək məsləhət görülmür. İndi hər dörd qadından biri qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirir. Qeysəriyyə əməliyyatının təbii doğuşlardan daha çox riskli olduğunu söyləyənlər də var.
Əməliyyatın ağırlaşmaları arasında aşağıdakılar var:
* infeksiya düşmə(uşaqlığa, kiçik çanaq orqanlarına, kəsik nahiyəyə)
* çoxlu miqdarda qanitirmə
* anesteziyanın ağırlaşmaları
* əməliyyatdan sonra trob əmələgəlmə
* bağırsaqların və sidik kisəsinin zədələnmələri
Qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sonrakı doğuşlarını da əməliyyatla həyata keçirdiklərini nəzərdən qaçırmamaq lazımdır. Bir neçə dəfə qeysəriyyə əməliyyatı olduqda isə qarında olan kəsiklərdə ağırlaşmalar meydana çıxır.
Qeysəriyyə əməliyyatı necə baş verir?
Əgər sizə qeysəriyyə əməliyyatı məsləhət görülübsə bunun aşağıdakı mərhələdə keçməsini bilməlisiniz:
* Sizə ağız və yuxarı tənəffüs sekresiyasını azaltmaq üçün dərman verilir. Sizə antasiz(turşuluğu neytrallaşdlıran)verə bilərlər.
* Qarının aşağı hissəsi yuyulub təmizlənir.
* Sidik kisəsinə kateter salınıb boşaldılır. Bu sidik kisəsində baş verə biləcək zədələnmələrin qarşısını alır.
* Həkim vena damarına iynə yeridir.
* Sizə anesteziya tətbiq olunur(epidural, spinal və ya ümumi).
* Qarın antiseptik maddə ilə silinir, üstünə steril parça sərilir.
* Əməliyyatı görməməniz üçün sizin üz hissəniz xüsusi ekranla örtülür.
* Anesteziya öz təsirini göstərən zaman qarında kəsik aparılır və sonra uşaqlıq divarı kəsilir. Bu zaman siz ağrı yox, qarın hissənizə azca təzyiq hiss edəcəksiniz. Kəsik həkimin istəyindən və uşağın ana bətnində yerləşməsindən asılı olaraq üfiqi və ya şaquli istiqamətdə aparıla bilir.
* Su kisəsi açılır və maye boşaldılır.
* Uşaq əl, vakkum aləti və ya lazım gələrsə tutucu alətlə tutulur. Əgər sizə epidural anesteziya ediblərsə bu zaman siz qarnınızın üst hissəsində təzyiq hiss edə bilərsiniz. Bu həkimin uşağı tutmaq üçün etdiyi təzyiqdir.
* Həkim uşağın vəziyyətinə baxır və Alqar testi keçirir.
* Sizin uşaqlığınızda və qarnınızda tikişlər aparılır. Uşaqlığa qoyulan tikişlər öz-özünə sorulub sağalır, qarına qoyulan tikişlər isə 3-4 gün sonra sökülür.
* Əməliyyat olan gün sizin vəziyyətiniz yaxşıdırsa o zaman körpənizi yataq şəraitində qucağınlıza ala bilərsiniz.
* Əməliyyatın səhəri günü siz ümumi palataya keçirilirsiniz, sizin nəbziniz, nəfəsalmanız, təzyiqiniz, ümumi vəziyyətiniz, qanaxmanın olub-olmaması daima nəzarət altında saxlanılır. Əməliyyatdan sonra sizə antibiotik təyin edə bilərlər. Bu sizin infeksiya xəstəliklərinə yoluxmanızın qarşısını almaq üçündür. Əməliyyatdan sonra sizə ağrıkəsici də verilir.
* Siz tibb bacısının köməyi ilə uşağınızı əmizdirə bilərsiniz. Əmizdirmə oturaq vəziyyətdə, axranıza yastıq söykəyərək həyata keçirilir.
* Əməliyyatın ağırlaşmaları olmayıbsa həkim sizi 3-5 gün sonra evə göndərir və sizə ağrıkəsicilər təyin edir. Bu ağrı olan zaman qəbul etmək üçündür.
* 4-6 həftə sonra siz əvvəlki həyat fəaliyyətinizə qayıda bilərsiniz.