Ginekoloji-Abdominal əməliyyatlar
Ginekoloji əməliyyatlar iki qrupa ayrılır: böyük və kiçik həcmli əməliyyatlar.
Məqalədəkilər:
* Kiçik həcmli əməliyyatlar
* Uşaqlıq boynu əməliyyatları
* Qadın cinsiyyət orqanlarının sallanması və düşmə əməliyyatları
* Uşaqlıq artımlarının əməliyyatları
* Uşaqlıq əməliyyatları
Kiçik ölçülü əməliyyatlar
Kiçik ölçülü cərrahi əməliyyyatlara aşağıdakılar aiddir:
* uşaqlıq boynunun biopsiyası
* uşaqlığın zondlanması
* polipektomiya
* uşaqlığın selikli qişasının təmizlənməsi
* uşaqlığın arxa tərəfindən punksiya edilməsi
* histerosalpinqoqrafiya
* uşaqlıqdaxili spiralın qoyulması və s.
Uşaqlıq boynunun biopsiyası
Biopsiya güzgü salaraq zədələnmiş hissəyə tutucunun fiksasiya edilməsi ilə həyata keçirilir. Bu zaman zədələnmiş toxuma skalper və ya xüsusi alətlə təmizlənir, ya da koaqulyasiya edilir. Sonra həmin hissə 5%-li aminokapron turşusu ilə tamponada edilir və götürülmüş hissə histoloji müayinəyə göndərilir.
Uşaqlığın zondlanması
Uşaqlığın zondlanması aseptika və antiseptika qaydalarına əməl edilərək həyata keçirilir. Əməliyyatdan əvvəl uşaqlıq yolu axıntısının bakterioloji müayinəsi və bimanual müayinə həyata keçirilir. Daxilə yeridilən zondun uzunluğu 25 sm, eni isə 1-5 sm başlığa və dairəvi sonluğa malikdir. Uşaqlıq daxilinin uzunluğu təxminən 7 sm ölçüdə olur. Zondun eni onun uşaqlığa asanlıqla daxil olmasına şərait yaradır.
Əməliyyata hazırlaşmaq sidik kisəsinin boşaldılması, cinsi orqanların və budun üst hissəsinin xlorqeksidin və ya yodla işlənməsi ilə başlanılır. Əməliyyat ginekiloji stolada həyata keçirilir. Xəstənin uşaqlıq yoluna Simpson güzgüsü salınır və uşaqlıq boynuna antiseptik maddə sürtülür. Sonra uşaqlıq güzgüsü boyun hissəni sıxmaması üçün daha da dərinə irəlilədilir və son arxa nahiyədə saxlanılır. Bu zondun asanlıqla işəri yeridilməsi üçündür. Zond sağ əlin üçüncü barmağı və işarət barmağı ilə içəri doğru ötürülür. Zond uşaqlığa daxil olduqdan sonra onun hərəkəti asanlaşır. Zondu içəri salarkən polip olan nahiyədə çapıqlaşma prosesinin nəzərə almaq lazımdır. Zodlama zamanı uşaqlığın perforasiyasının baş verməməsi üçün güc tətbiq etmək lazım deyil. Zondlamanı həyata keçirən həkimə diqqətli olmaq və prosesi ehtiyyatla həyata keçirmək lazım gəlir.
Polipektomiya
Bu əməliyyat daxili narkoz(adətən tiopental natrium, diprivan) və ya 0,25%-li novokoin məhlulu ilə anesteziya edilərək həyata keçirilir.
Əməliyyatdan əvvəl həkim əllərini yuyur, steril əlcək geyir, uşaqlıq yolunu güzgü ilə bimanual müayinə edir. Müayinədən sonra ginekoloq əllərini antiseptik məhlulla yuyur, yeni steril əlcək geyir və uşaqlıq yolunu, xarici cinsiyyət orqanlarını əvvəl quru, sonra isə spirtdə isladılmış pambıqla silir. Sonra uşaqlıq boynu tutucu alətlə fiksasiya edilir. Polip nazik bıçaqla burulma yolu ilə kəsilir. Sonra zond uşaqlığın daxilinə yeridilir. Bu zaman zondun uşaqlıq ölçüsünə uyğun olaraq yeridilməzi nəzarətdən qaçılmır. Bu zondun üstündəki şkalalara uyğun olaraq təyin edilir.
Zondlama zamanı uşaqlıq boynu genəldici ilə genişləndirilir. Kanal vasitəsilə uşaqlığa küretka yeridilir, servikal kanal qazınır.
Uşaqlığa 2№-li küretka daxil edilir və uşaqlıq divarının selikli qişası saat əqrəbi istiqamətində təmizlənir. Bu zaman küretka hər 3-4 hərəkətdən sonra xaricə çıxarılır. Uşaqlığın təmizlənməsi başa çatdıqdan sonra tutucu alət götürülür, uşaqlıq boynu 2-5%-li yod məhlulunda islanmış tamponla işlənir, güzgü xaric olunur, qarının aşağı hissəsinə 2 saat müddətinə soyuq qoyulur. Uşaqlıqdan və uşaqlıq boynundan götürülmüş material(polip, uşaqlıq və uşaqlıq boynu toxuması)formalin məhluluna qoyularaq histeroloji müayinəyə göndərilir. Bu zaman götürülən müayinə materialları ayrı-ayrılıqda qablaşdırmada müayinəyə göndərilməlidir. Uşaqlıq yolunun arxa divarından punksiya olunması güzgünün aseptika qaydalarına əməl edərək uşaqlıq boşluğuna salınması ilə başlanılır. Bu zaman uşaqlıq boynu antiseptik məhlulla işlənir, tutucu alət arxa hissəyə fiksasiya edilir və irəli yuxarıya doğru qaldırılır. Uşaqlılğın arxa hissəsi spirtlə silinir, keyitmək üçün 0,25%-li novokain məhlulhu vurulur. Novokoin məhlulu yeridilən şprisin uzunluğu 12 santimetrdən kiçik olmamalı və iynə 1,5-2 sm dərinə vurulmalıdır.
Zondlama zamanı punksiya yolu ilə daxildən şpris vasitəsilə götürülmüş maye steril qaba qoyulur və makroskopik müayinəyə göndərilir.Uşaqlıqdankənar hamiləlik, yumurtalıqların apoplepsiyası, qarın boşluğu qanaxmaları zamanı daxildən götürülmüş mayedə (punktatda) qan izləri görünür. Bu zaman punktat mikroskopik müayinəyə də göndərilərək müayinə edilir. İrinli peritonit, piosalpinks, piovar zamanı punktatda çürüntü aşkar edilir. Çürüntü olan punktat isə mütləq bakterioloji müayinə olunmalıdır. Punksiya zamanı assit maye aşkar olunduqda onu sitoloji müayinəyə göndərmək lazım gəlir.
Hamiləliyin 12 həftəliyində dayandırılması
Xəstə ginekoloji kresloda uzanır. Cərrah əllərini və xəstənin xarici cinsiyyət orqanlarını işləyir. Əməliyyat xəstənin daxili orqanında həyata keçirildiyi üçün mütləq narkozdan istifadə etmək lazımdır. Bu zaman vena daxili, inhalyasiya və ya yerli novokain narkozu tətbiq edilir.
Xəstə yenidən bimanual müayinə edilir, həkim əlcəklərini dəyişir. Uşaqlıq boynuna güzgü yeridilir və tutucu alət ön dodaqlara fiksasiya edilir. Sonra kömək məqsədilə ön güzgü yerləşdirilir, uşaqlıq yolu və uşaqlıq boynu antiseptik maddə ilə təmizlənir. Uşaqlıq boynu aşağı doğru basılır və uşaqlığa zond yeridilir. Bu zaman zondun yerləşməsinə diqqət yetirilir. Uşaqlıq boynu kanalına metal genişləndirici Qeqar(Qeqar(11-12№)qoyulur.
12 həftəlik hamiləlik küretka və ya abortsanqla sonlandırılır. Əvəllcə böyük küretkadan istifadə edilir, dölün əsas hissəsi xaric edildikdən sonra kiçik küretka vasitəsilə kiçik qalıqlar xaric olunur. Uşaqlığın qazınması prosesi ən kiçik küretka ilə başa çatdıqdan sonra uşaqlığın qanaxması dayanır. Uşaqlıq boşluğu tamam təmizləndiyi zaman xüsusi xarakterik səs çıxarır. Sonda daxilə yeridilmiş tutucu alət çıxarılır və uşaqlıq boynu antiseptik maddə ilə təmizlənir.
Uşaqlıq boynu əməliyyatları
Uşaqlıq boynu əməliyyatlarına poliplərin xaric edilməsi, diatermokoaqulyasiya, diatermoeksizasiya, kriodestruksiya, konizasiya, amputasiya, plastik əməliyyatlar aiddir.