Qadın sonsuzluğu
Qadın sonsuzluğu qadının reproduktiv yaşında hamilə qalmaq qabiliyyətinin olmamasıdır.
Qadın sonsuzluğunun baş vermə səbəbləri aşağıdakılardır:
* psixoloji faktorlar
* aybaşı siklinin pozğunluqları(35-40% hallarda endokrin sonsuzluq)
* boru-peritonial faktor(20-30% hallarda)
* müxtəlif ginekoloji xəstəliklər(15-25% hallarda)
* immunoloji səbəblər(2% halda)
Psixoloji sonsuzluq faktoru
Ailədə, işdə konflikt hadisələrin olması, cinsi həyatdan zövq almamaq, ananın uşaq dünyaya gətirmək istəməməsi və ya əksi, aybaşı pozğunluqları, endokrin sistemin inkişaf etməməsi qadın sonsuzluğunun əmələ gəlməsinə səbəb olan amillərdəndir. Stress səbəbli vegetativ sinir sistemi pozulmaları, uşaqlıq axarlarının yumşaq əzələsinin diskordinasiyası səbəbli axarların tutulması da sonsuzluğun baş vermə səbəblərindəndir.
Endokrin sonsuzluq aybaşı pozğunluqları, aybaşının olmaması, aybaşı zamanı lütein fazasının çatışmazlığı, lütein olmaması səbəbindən follikulların yetişməməsi səbəbindən baş verir.
Ovulyasiyanın baş verməməsinin səbəbi reproduktiv yaşın istənilən dövründə doğmaq qabiliyyətinin pozulmasına səbəb olur. Ovulyasiyanın baş verməmə səbəblərinə hiperandrogenlik, hiperprolaktinemiya, hipoestrogeniya, maddələr mübadiləsi pozğunluqları(piylənmə, bədən çəkisinin az olması), İsenko-Kuşinq sindromu, hipo və hipertrioz aiddir.
Lütein fazasının çatışmazlığı yumurtalıqların sarı cism funksiyasının hipofunksiyası, endometriyanın sekretor funksiyasının pozulmaları ilə özünü göstərir. Lütein fazasının pozulması embrionun vaxtından əvvəl məhv olmasına və uşaqsalmaya səbəb olur. Bu uşaqsalma adətən hamiləlik zamanı növbəti aybaşının baş verməsinə kimi olur.
Lütein fazasının çatışmazlığı yumurtalığın sarı cism mayesinin hipofunksiyası ilə əlaqədar olur. Bu hipotalamo-hipofizar-yumurtalıq sistemin zədələnməsi, neyroinfeksiyalar, stresslər, hiperadnrogeniya, hipo və hipertrioz, hiperprolaktemiya, iltihabi prosseslər, peritonial mayedə biokimyəvi dəyişikliklər səbəbindən baş verir.Lütenizasiya sindromu yumurtalıqların yetişməməsinə, ya da vaxtından əvvəl yetişməsinə səbəb olur. Bunun səbəbi indiyədək aydınlaşdırılmayıllb.
Axarlar səbəbli və peritonial sonsuzluq
Axar sonsuzluğu uşaqlıq axalarının funksiolal aktivliyinin pozulması səbəbindən baş verir. Bu stress, prostaqlandinlərin sintezinin pozulması, cinsi sretoidlərin, metobolik prostasiklinin artması, A2 tromboksanın pozulması və hətta hiperandrogeniya zamanı baş verir.
Uşaqlıq axarlarının orqanik zədələnmələri axarın keçiricilik qabiliyyətini aşağı salır. Axarların tutulması iltihabi səbəblərdən də baş verə bilir. Bir çox cinsi infeksiya xəstəlikləri(qonoreya, xlamidoz, vərəm və s.),kiçik çnaq orqanlarında baş verən əməliyyatlar, uşaqlıq axarlarının endometriozu və ya xarici endometrioz da axarların tutulmasına səbəb olur.
Peritonial sonsuzluq uşaqlıq artımları ətrafında olan birləşdirici toxumalar (spaykalar)səbəbindən meydana çıxır. Birləşdirici toxumlar isə cinsi orqanlarda olan iltihabi xəstəliklər səbəbindən, əməliyyatlardan sonra kiçik çanaq orqanlarında meydana çıxır.
Ginekoloji xəstəliklər səbəbindən baş verən sonsuzluq uşaqlığın daxili hissəsində, endometriozda, uşaqlıq artımlarında olan müxtəlif xəstəliklərdən baş verir. Kiçik çanaq orqanlarında baş verən iltihabi xəstəliklər də sonsuzluğa səbəb ola bilir.
İmmun sonsuzluğun baş verməsinə qadlınlarda antispermal antitelin(uşaqlıq boynunda, endometriyada, uşaqlıq axarlarında) olmasıdır. Bu faktor spermatozoidlərin faqositozuna səbəb olur.48% halda qadınlarda sonsuzluğun baş verməsinin bir, digər qadınlarda isə iki və ya daha çox səbəbi olur.
Sonsuzluğun diaqnozu
Sonsuzluq diaqnozu qadından anamnez toplandığı zaman qoyulur. Amamnez zamanı son aybaşının olma vaxtı, kontraseptivlərdən istifadə tarixi, hamilə qala bilməməyin müddəti öyrənilir. Anamnez toplayarkən cinsi funksiya zamanı ağrının olub olaması, mütəmadi olaraq cinsi əlaqədə olub olmamaq da öyrənilir.
Diaqnoz zamanı qadınınn ginekoloji xəstəliklər keçirib-keçirmədəyi öyrənilir, kiçik çanaqda iltihabi və ya cərrahi(appendeks, uşaqlıq əməliyyatları, boru əməliyyatları, bağırsaq əməliyyatları və s.) xəstəliklərin olması araşdırılır.
Ginekoloji anamnez toplanan zaman kiçik çanaq orqanları xəstəlikləri zamanı təyin edilən müalicə metodları və qəbul edilən dərman preparatları da öyrənilir.
Bəzən sonsuzluğun baş verməsinin səbəbi psixoloji faktorlar olur. Siqaret çəkmə, alkohol qəbulu və narkotiklər də sonsuzluğa səbəb olur.
Sonsuzluğa diaqnoz qoymaq üçün uşaqlıq yolundan, uretradan, servikal kanaldan götürülmüş yaxma mikroskopik müayinə edilir, infeksiya aşkar edildikdə isə müalicə təyin edilir. Bu zaman qadının antibiotiklərə qarşı olan həssalığı da araşdırılır.
Sonsuzluğun diaqnozunu təyin edən zaman son üç aybaşı vaxı, aybaşının müddəti və termometriya da nəzərdən keçirilir.
Endokrin sonsuzluq
Ovulyasiyanın olmaması ilə baş verən sonsuzluq aybaşı siklinin pozulmaları ilə müşahidə edilir. Endokrin sonsuzluq diaqnozunu təyin etmək üçün qadının kəllə-beyin rentgeni çəkilir, türk yəhəri müayinə edilir, maqniot rezonans tomoqrafiyasına baxılır.
Qadın cinsi orqanlarında funksional patologiyanın olmasını müəyyən etmək üçün kiçik çanaq orqanlarını USM müayinəsi, elektroensefaloqramma, reoensefaloqramma, qan analizləri, hipofiz vəzi hormonlarının miqdarı, yumurtalıq hormonlaarının miqdarı(estradiol,progestron), qalxanabnənzər vəzi hormonları(T3,T4),böyrəküstü hormonlar(kortizol, testosteron), dehidroepiandrosteron sulfatın miqdarı araşdırılır.
Artıq çəkisi olan qadınlara qlükozanın tolerantlıq testi təyin edilir və karbohidrat mübadiləsinin vəziyyəti araşdırılır.
Lütein fazasının çatışmzlığı menstural sikilin ikinci yarısında(10 gün müddətində) tempraturun düşməsi(0,6* az C)ilə özünü göstərir. Lütein fazanın çatışmazlığı zamanı qanda progesteronun miqdarı aşağı olur. Bu zaman aybaşının 21-23 günü rektal tempratur yoxlanılır və qeyd edilir.
Lütenizasiyanın diaqnozu USM vasitəsilə follikulların fəaliyyətinə baxaraq da təyin edilir. Bu zaman yumurtalırda” alt-follikoul effekti”aşkar edilir.
Axar-peritonial sonsuzluğun əmələ gəlməsinin əsas səbəblərindən biri cinsi orqanlarda iltihabi xəstəliklərin baş verməsidir. Bunu araşdırmaq üçün isə bakterioskopik və bakterioloji mayinələr aparılır.
Axar sonsuzluğunun diaqnozunu dəqiqləşmək üçün histerosalpinqoqrafiya, salpiqoskopiya və digər bu kimi müayinə üsullarından da istifadə edilir. Peritonal sonsuzluğun ən geniş yayılmış müayinə üsulu isə laporoskopiya müayinəsidir.
Ginekoloji səbəblər üzündən meydana çıxan sonsuzluğun diaqnozunu təsdiqləmək üçün histereskopik müayinə, uşaqlığın selikli qişasından alınan yaxmanın müayinəsi aparılır, polipin, düyünlərin, arakəsmələrin olub olmaması araşdırırlır.
İmmunoloji sonsuzluğun diaqnozunu təsdiq etməzdən əvvəl qadın axar-peritoneal, endokrin və uşaqlıqdaxili müayinələrdən keçir. Bu müayinələrdən keçdikdən sonra qadın postkoital testdən keçirilir.
Postkoital test zamanı spermaların qarşılıqlı hərəkəti və servikal selik müayinə edilir. Test adətən aybaşının 12-14 günü aparılır. Mikroskop altında uşaqlıq boynu selikli qişasının seliyi və spermatozoidlərin hərəkətliliyi araşdırılır. Test zamanı seliyin rəngsiz, leykositsiz olması və 5-10 aktiv hərəkətli spermatozoidin görünməsi bu testin müsbət olduğunun nişanəsidir. Test zamanı spermatozoidlərin hərəkətsiz olması isə bu testin mənfi olmasının göstəricisidir. Spermatozoidlərin hərəkətsiz və ya zəif hərəkətli olması isə testin yenidən təkrarlanmasının lazım olmasının göstəricisi sayılır.