HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Mioma, Fibromioma

news-2

Uşaqlıq mioması - əzələ toxumasından inkişaf edən xoş xassəlişişdir.
Uşaqlıq mioması – qadınlar arasında ən çox yayılmış xəstəlikdir, təxminən 20-30%-ində rast gəlinir. Yaşla əlaqəli olaraq xəstəlik daha çox rast gəlinir. Daha çox 35-45 yaş arasında özünü biruzə verir.
Miomanın ölçüsü : əksər vaxt mioma bir neçə ədəd olur. Buğda dəni ölçüsündən başlayaraqbütün qarın boşluğunu tutacaq qədər ölçüyə çata bilir. Mioma düyünü ola bilər öz ölçüsündə uzun illər qalsın və böyüməsin, ola bilər zəif surətlə ,bəzən isə surətlə boyüməyə meyilli olsun. 
Uşaqlıq miomaları yerləşmələrinə görə bir neçə qrupa bölünür: 
Intramural (əzələ daxili) : ən çox rast gəlinən formadır,uşaqlıq əzələsinin daxilində yerləşir. Əksər hallarda mioma düyünü böyük ölçülərə çatmadıqca heç bir narahatçılıq vermir.
Submukoz(daxili qişaya yaxın): uşaqlığın selikli qişası altında yerləşir. Submukoz mioma ola bilər enli əsas üzərində və ya ayaqcıq uzərində yerləşsin və uşaqlığın daxilinə doğru böyüsün. Bəzən servikal kanaldan uşaqlıq yoluna doğru doğula bilər (doğulmuş düyün).Bu cür düyünlər əksər hallarda çoxlu miqdarda aybaşı qanaxmalarına - qanitirməyə , uşaqlıq qanaxmasına, sonsuzluğa, düşuklərə və vaxtından qabaq doğuşlara səbəb olur .
Subseroz (peritondaxili): qarın boşluğu tərəfdən uşaqlığın üzərini örtən seroz qişanın altında yerləşir. Subseroz mioma da ola bilər enli əsas üzərində və ya ayaqcıq uzərində yerləşsin. Əgər söhbət GİQANT – miomadan gedirsə deməli yerləşməsi subserozdur.
Eyni zamanda qarışıq formalara da rast gəlinir-inrtamural-subseroz,intramural –submukoz və s.
 Miomanın əmələ gəlmə səbəbləri
Uşaqlıq mioması- hormonal aslı şişdir. Miomanıin əmələ gəlməsi və böyüməsi qadın cinsi hormonlarının ( esterogen və progesteron)qanda yuksək səviyyəsi ilə əlaqədardır.
Eyni zamanda uşaqlığın mioması bioloji aktiv maddələrin , yəni hüceyrələrin böyüməsinə və bölünməsinə nəzarət edən maddələrin, bu maddələrin sintez olunmasına cavabdeh olan genin mutasiyası(deffekti) də əlaqədar yarana bilir.
Bu halların baş verməsini iltihabi proseslər və immun sistemin zəifləməsi daha da sürətləndirə bilər.
Miomanın əmələ gəlməsində risk faktorları: hormonal pozuntular və yumurtalıqlarda requlyar ovulyasiyaların olmaması, artıq çəki,iltihabi proseslər(soyuqlama),abortlar,uşaqlıq boşluğunun qaşıntısı və eyni zamanda irsi meyillilik əsas risk faktorlarından sayılır.
 Uşaqlıq miomasının əlamətləri 
Bəzi hallarda uşaqlıq mioması heç bir narahatçılıq vermədən keçir və yalnız təsadüfi ultrasəs müayinəsi (UZİ) zamanı aşkarlanır. Amma aşağıdakı hallar daha çox rast gəlinir:

  • Mensturasiyada olan pozuntular- çox miqdarda və uzun müddət davam edən aybaşı,uşaqlıq qanaxmaları.Bu cür hallar anemiyaya (qanazlığına) səbəb olur.
  • Qarnın aşağı nahiyyəsində və bel nahiyyəsində olan ağrılar - əsasən də hərəkət zamanı və cinsi əlaqə zamanı.
  • Sonsuzluq və təkrari düşüklər –bu hallar uşaqlığın daxili qatının
( endometriya) əmələ gəlməsinin, boyuməsinin hormonların təsiri nəticəsində pozulması ilə , mioma düyününün uşaqlığın daxilini deformasiya etməsi və uşaqlığın yığılma qabiliyyıtinin pozulması ilə əlaqədar baş verir.
  • Qonşu orqanların funksiyasının pozulması- böyük ölçülü düyünlər qonşu orqanlara təzyiq edərək – (Sidik kisəsi , sidik axarları və bağırsaqlara ) orqanların işini pozur. Qəbizlik , tez –tez sidiyə getmələr və sidik ifrazında çətinliklər kimi şikayyətlərin yaranmasına səbəb olur
Miomanın əsas ağırlaşmalarından bir də mioma düyününün qidalanma pozğunluğudur- düyünün öz ayaqcığı üzərində burulması və ya mioma düyününü qidalandıran damarın tromb ilə tutulması zamanı hüceyrələrin nekrozu( ölümü) baş verir. Belə olan hallarda bədən temperaturunun yüksəlməsi, qarnın aşağı nahiyyəsində ağrılar, ürək bulanma, qusma və kəskin qarın əlamətləri baş verir. Bu vəziyyətdə nekroza uğramış düyünün təcili çıxarılması məsləhətdir. Əgər menapauzada olan xanımlarda mioma düyünü sürətli böyüyərsə ,o zaman uşaqlığın bədxassəli şişlərindən -Sarkomasından şübhələnmək lazımdır.
Uşaqlıq miomasının diaqnozu – ginekoloji baxış zamanı və USM (transvaginal – transabdominal ultrasəs ) ilə dəqiqləşdirmək olar.
Submukoz düyünlərdə bəzi hallarda Histeroskopiya muayinəsi ilə diaqnozu dəqiqləşdirmək olar. Bəzi hallarda USM yetərsiz olarsa MRT –kiçik çanagın maqnit rezonans tomaqrafiyasından istifadə etmək olar.
Uşaqlıq miomasının müalicəsi 
Uşaqlıq miomasının müalicə metodunun seçilməsi individual olmalıdır. Xəstəliyin simptomlarından , xəstənin yaşından,qarşıda hamiləlik planlaşdırılmasından aslı olaraq yanaşma da fərqli olur.
Miomanın müalicəsi medikamentoz(dərman müalicəsi), cərrahi ,invaziv və kombinasiyalı ola bilər.
  • Medikamentoz mualicə 
Nəzərə almaq lazımdır ki, miomanı dərmanla yox etmək olmur!!! Müalicə ancaq mioma düyününün böyüməsinin qarşısını almaq,ölçüsünün bir qədər kiçilməsinə ,miomaya bağlı şikayyətlərin aradan qaldırılmasına və reproduktiv funksiyanın ( mensturasiya, hamilə qalmaq) saxlanılması məqsədi ilə istifadə olunur. Medikamentoz müalicədə istifadə olunan dərmanlar – hormonal dərmanlardır!!!
  • Müasir kiçik invaziv müalicə metodları
  • Mioma düyününü qidalandıran damarın embolizasiyası. Xüsusi alətlər vasitəsi ilə damarın daxilinə embol şəkilində dərman maddələri yeridilir. Bu maddələr şişin qidalanmasını pozur və ölçüsünün gedərək kiçilməsinə səbəb olur. Əksər hallarda açıq əməliyyatdan öncə qanaxmanın azaldılması məqsədi ilə icra olunur.
  • FUZ – ablasiya.MRT müayinəsi nəarəti ilə fokslaşmış ultrasəs vasitəsi ilə şiş toxumasında istilik yaradaraq hüceyrələrin öldürülməsinə deyilir.
Cərrahi müalicə
  1. Radikal – uşaqlığın çıxarılması
  2. Orqan saxlayıcı – yalnız mioma düyününün çıxarılması(konservativ miomektomiya). Submukoz düyünləri Histeroskopik üsulla(histerorezektoskop) çıxartmaq olar.Digər lokalizasiyada olan düyünləri isə həm Laparoskopik ( qapalı) , həm də Laparotomik (açıq) usulla cıxartmaq olar.