HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləlik və mioma

news-2

Əksər uşaqlığın mioması olan qadınlarda - əsasən də kiçik ölçülü düyünlər zamanı hamiləlik gedişatı normal keçir və heç bir ağırlaşma olmur. Bəzi hallarda isəhamiləlik düşük təhlükəsi, cift qan dövranının pozulması və miomanın ölçülərinin böyüməsi ilə müşayət oluna bilər.
Əksər hallarda uşaqlığın mioması olan qadınlar hamiləliklərini təbii doğuşla başa çatdıra bilərlər.
Keysəriyyə əməliyyatına isə aşağıda sadalanan hallarda göstəriş yaranır:

  • Dölün düzgün yerləşməməsi (sağrı gəlişi , köndələn vəziyyət, çəp vəziyyət və.s)
  • Ciftin öndə yerləşməsi
  • Hamiləlik dövründə müxtəlif ağırlaşmalar olarsa
  • Böyük ölçülü düyünlər zamanı uşaqlıq əzələsinin yığılma funksyasının pozulma təhlükəsi olarsa
  • Yanaşı olan digər xəstliklər- ürək qüsurları ,çəp gözlük, miopia və s.
Doğuşun başa çatdırılması metodunnun seçilməsi isə tam individual olmalıdır.