HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləlikdə qrip

news-2

Hamiləlik zamanı qadınların immuniteti zəifləyir. Zəifləmiş immunitet orqanizmdə yaşayan və həmçinin xarici mühitdən bura düşən virus, infeksiyalar, mikroblarla daha zəif şəkildə mübarizə aparır ki, bunun nəticəsində hamilə qadınlar daha tez-tez soyuqdəymə, infeksion xəstəliklərə tutulurlar.Hamiləlik zamanı qadın virus xəstəliklərinə qarşı daha davamsız olur. Bu viruslardan biri də qripdir. Qrip - kәskin respirator virus infeksiyalarına aid olub, hava-damcı yolu ilә yayılır. Qrip virusu yuxarı tәnәffǜs yollarının qoruyucu qişasını zәdәlәyәrәk toksin ifraz edir vә qanla bütün orqanizmә yayılır. Qrip adi soyuqdəymə ilə müqayisədə hamilə qadın üçün heç də "ziyansız" deyil. Əksinə, qrip virusu hamiləlik zamanı müxtəlif və çox ağır pozulmalara səbəb ola bilər - hamiləliyin erkən pozulması, bakterial infeksiyaların inkişafı, dölün bətndaxili ölümü, döldə müxtəlif patologiyaların inkişafı, ciftin formalaşması və funksiyasının pozulması və s. Nəticədə dölün qidalanması və qan təchizatı pozulur. Qrip yüksək hərarət (40-40,5º C kimi), oynaqlarda ağrılar, işığa qarşı dözümsüzlük, bəzən ürəkbulanması və qusma ilə müşayiət olunur. Bu, intoksikasiyanın simptomlarıdır. 2-ci-3-cü gün quru öskürək, zökəm, boğazda göynəmə kimi simptomlar inkişaf edir. Xəstə güclü tərləyir, özünü çox zəif, yorğun hiss edir.Qrip hamiləliyin 12-ci həftəsinə kimi xüsusilə təhlükəlidir. Bu müddət ərzində dölün əsas orqan və sistemləri formalaşır və bu zaman hamiləliyin normal keçməsi xüsusilə vacibdir. Bu müddət ərzində qrip infeksiyası hamiləliyə mənfi təsir etdikdə hamiləlik bir çox hallarda özü-özündən pozulur.Hamilə qadınlarda qripin müalicəsi zamanı bəzi virusəleyhinə, öskürəyə və zökəmə qarşı olan preparatlar istifadə olunur. Bu zaman daha çox üstünlük bitki mənşəli təbii vasitələrə verilməlidir.