Hamiləlik və appendisit
Appendisit kor bağırsaq artımının iltihabıdır. Qadınlarda kişilərə nisbətən daha çox təsadüf olunur. Hamiəlik zamanı appendisitin təsadüfetmə tezliyi az deyil. Appendisitin klinikası və inkişafı qeyri hamilələrdən fərqlidir. Təsadüf etmə tezliyi ilkin trimestrdə daha çoxdur. Letallıq faizi 0.3-30% arasında dəyişir. Letallıq fazi hamiləliyin ikinci yarısınd daha yüksək olur. Hamiləliyin 16 ci həftəsindən kor bağırsaq böyüyən uşaqlığın təsiri altında yuxarı qalxır. Apendisit zamanı adi adamlarda peritonun hesabına sərhədlənə bilirsə hamiləlik zamnı bu mümükün olmur. Appendisit tutmasını hamiləlik zamanı ekən hamiləlik toksikozu,düşük təhlükəsi, pielonefrit, xolesistit , uşaqlıqdan kənar hamiləlik, kəskin qastrit, kəskin pankreatit və yumurtalıq sistinin burulması ilə differensasiya etmək lazımdır. Lakin appendisit zamanı müsbət olan bəzi simptomlar var ki, hamiləlik zamanı müsbət olmur. Hətta yayılmış prosseslər zamanı Şötkin-Blümberq simptomu mənfi ola bilər. Yalnız Bartolome -Mixelson simptomu müsbət olur, amma əks tərəfli. Hətta pielonefriti təsdiq edən Pasternatski simptomu belə müsbət ola bilər. Pielonefritdə temperaturun yüksəlməsi, ürəkbulanma daha sonra ağrılar meydana çıxır, apendisitdə isə əvvəlcə ağrı daha sonra isə temepraturun qalxması, ürəkbulanma olur. Dinamikada hər 3 saatdan bir EÇS və leykositlərə nəzarət edilməlidir (hər 3 saatda leykositlər 9-12 109/l artır.) Adi adamlarda da oldugu kimi appendisit operativ müdaxiləyə göstərişdir. İlkin trimestrdə hamilə belə əməliyyatı daha yaxşı keçirir. Əməliyyat aparıldıqdan sonra düşük təhlükəsinin profilaktikası aparılmalıdır. Hamiləliyin ikinci yarısında belə əməliyyat daha təhlükəlidir. Əgər əməliyyatdan sonra döldə dəyişikilik varsa və döl tələf olursa əməliyyatdan ən azı 3 həftə keçdikdən sonra hamiləliyi pozmaq olar. Əgər appendisit 37 həftə və sonra baş verirsə əvvəlcə Kesar əməmliyyatı sonra isə appendektomiya aparılmalıdır. Əgər simptomları başqa xəstəlik altında müalicə ediblərsə və artıq fleqmonoz irinli formaya gəlib çıxıbsa xəstəlik əməliyyat zamanı hamiləlik sona çatdırırlmalı, appendektomiya edilməli və lazımi proseduralar aparılaraq uşaqlığın ekstripasiyası aparılmalıdır. Appendektomiyadan ən azı 3 həftə sonra doğuş icazə verilir, əks təqdirdə eksudat cibləşməyə məruz qala bilmədiyindən qarın boşluğuna yayılaraq peritonitə səbəb ola bilər. Appendikulya infiltarat isə konservativ müalicə olunmalıdır. Əgər effekt yoxdursa əməliyyat olunmalıdır. Xroniki appendisit Bu hamiləlik zamanı narahatlığa səbəb ola bilər. Narahatlığın səbəbi – uşaqlıq böyüyərək çapıqlaşmış appendikulyar çıxıntının yerdəyişməsinə və işemizasiyasına səbəb olur, bu isə ağrılara səbəb olur. Digər tərəfdən kortikosteroidlərin və cinsiyyət hormonlarının hamiləlik zamanı artması xroniki prossesin aktivkəşməsinə səbəb olur. Belə prosseslərin profilaktikası üçün reproduktiv dövrdə olan qadınlarda xroniki appendisiti olan qadınlarda appendektomiya aparmaq məsləhətdir.