Hamiləlik və məxmərək
Uşaqlar və əksər hallarda böyüklər üçün yüngül hesab edilən məxmərək xəstəliyi hamiləlik zamanı yoluxan qadınlar üçün çox təhlükəlidir. Hamiləlik dövründə ananın məxmərəklə xəstələnməsinin nəticəsi olaraq doğulan körpədə katarakta, ürək qüsurları, karlıq, bədən sümüklərinin, qara ciyər, dalaq və sidik-cinsiyyət orqanlarının inkişaf qüsurları, sinir sisteminin, xüsusilə baş beyinin zədələnmələri kimi müxtəlif patoloji hallar baş verir. Hamilelik zamani yoluxma bas verrdikde virus plasenta (cift) vasitəsi ilə dölə keçərək, hamiləliyin pozulmasına,betndaxili inkisafdanqalmaya, doğulacaq uşaqda müxtəlif inkişaf qüsurlarının əmələ gəlməsinə (karlıq, ürək qüsurları, mərkəzi sinir sisteminin zədələnməsi və s.) səbəb ola bilər. Bu bir az da hamileliyin muddetine baglidir. Bele ki, hamileliyin ilk 2 ayinda yoluxma olduqda 50-60% anomaliya yaranma ehtimali vardir. 3-4 ayinda bir qeder azalaraq 15% dusur.17 hefteden sonra ise bu ehtimal 1 % olur. Diaqnostikasi klinik elametlerle yanasi qanda Ig M antitellerin askarlanmasina esaslanir ki bu antiteller yoluxmadan 1 hefte sonra yaranir ve 3 aya kimi qanda dovr edirler. Bir qeder sonra ise diger antitel novleri Ig A,Ig E, Ig D yaranir.Eger qanda Ig M ve ya 4 defe artmis Ig G titri mueyyen olunursa bu zaman keskin infeksiya haqda fikir soylemek olar. Yoluxmadan sonra omurluk immunitet formalasdigi ucun hamilelik dovrunde askarlanan az miqdarda Ig G qorxulu deyil ve kecirilmis xesteliye qarsi olan immunitetden xeber verir.
Hamiləlik dövründə məxmərək xəstəliyinə yoluxmanın əsas profilaktikası - hamiləliyə hazırlıq dövründə bu xəstəliyə qarşı peyvəndin edilməsindən ibarətdir. Məxmərək xəstəliyinə qarşı peyvəndin edilməsinə qərar verməzdən əvvəl, sizdə bu infeksiyaya qarşı immunitetin olub-olmamasını yoxlamaq məqsədi ilə qanda məxmərək viruslarına qarşı anticisimlərin müəyyən edilməsi üçün xüsusi laborator müayinədən keçmək lazımdır. Məsələ burasındadır ki, bir sıra hallarda sizin məxmərəklə xəstələnib-xəstələnmədiyinizi müəyyən etmək mümkün olmur. Çünki bir çox hallarda bu xəstəlik gizli şəkildə və ya çox məhdud sayda olan əlamətlərlə də keçə bilər ki, bu zaman da, təbii olaraq, orqanizmdə bu virusa qarşı xüsusi anticisimlər yaranmış olur. Ancaq hətta qanda məxmərəyə qarşı xüsusi anticisimlərin olduğu halda, bu xəstəliyə qarşı peyvənd edilməsi də təhlükəli deyil. Həkimlər hesab edirlər ki, bu halda orqanizmin müdafiə reaksiyası bir qədər də möhkəmlənmiş olar. Məxmərəyə qarşı olan peyvəndi hamiləliyin planlaşdırıldığı vaxtdan ən azı 3 ay əvvəl etmək tövsiyə olunur. Təbii ki, peyvəndin edilməsindən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Məxmərək xəstəliyi keçirən qadınlar yalnız xəstəlikdən sağaldıqdan ən azı 6 ay sonra hamilə qala bilərlər.