HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 5-ci həftəsi

news-2

Hamiləliyin 5-ci həftəsində ananın orqanizmi hamiləliyə daha aktiv reaksiya verməyə başlayır. Baş ağrıları, ürəkbulanma, qusma başlaya bilər. Bu hamiləliyin erkən toksikozu sayılır. Erkən toksikoz hamiləliklə bağlı qadın orqanizmində gedən hormonal dəyişikliklə əlaqədar yaranır. Normada ürəkbulanma, qusma gündə 2-3 dəfə, səhərlər daha çox acqarına olur. Bəzən xüsusi aromaterapiya, fizioterapiya, fitoterapiya və hətta bəzən dərman vasitələrinin köməyi ilə toksikoz hallarını azaltmaq olur. Lakin normal halda 12 həftədə bu əlamətlər keçib gedir. 
Hamiləliyin 5-ci həftəsində embrionun daxili orqanları formalaşmağa başlayır, onun uzunluğu 2 mm təşkil edir. Əksər qadınlar uşaqlıqdan kənar hamiləlik və ya hamiləliyin inkişafdan qalması üçün narahat olurlar. Lakin onu aşkar etmək hələ tezdir. 6-7-ci həftədə hər hansı pozuntu əlamətləri - ağrılar, qanlı ifrazatlar olarsa, dərhal həkimə müraciət etmək məsləhət olunur.