HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 6-cı həftəsi

news-2

Hamiləliyin 6-cı həftəsi qadın üçün bir qədər çətin bir həftə olur. Çünki erkən toksikoz inkişaf edir. Bəzi qoxulara qarşı həssaslıq yaranır, ağız suyunun ifrazı artır. 
Qusma halları olarsa, maye və duz itkisini əvəz etmək üçün şirəli meyvələr və tərəvəz yemək məsləhət görülür. Başlanmış toksikoz normada 12 həftəyə qədər davam edir, lakin birdən-birə dayanması da normal sayılmır. Bu hamiləliyin inkişafdan qalmasını göstərə bilər. Ona görə də hamilə qadın artıq ilk həftələrdən düzənli olaraq, həkim nəzarətində olmalı və qida rasionuna xüsusi diqqət yetirməlidir. Həkimin təyinatı əsasında qadında TORCH infeksiyalarının təyini üçün analiz verilir və hamiləliyin inkişafını izləmək üçün USM təyin edilir. Hamiləliyin bu həftələrində dölün ölçüsü 4-6 mm təşkil edir. Ürəyi döyünməyə başlayır. Dölün artıq ağzı, burnu, qulaqları formalaşır. 
Uşaq xarici görünüşcə balıq embrionuna bənzəyir. Ağciyərlərin bir çox daxili orqanları, rüşeymləri inkişaf edir. Ürək döyüntüsü dəqiqədə 100-160 dəfə vurur.