HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 8-ci həftəsi

news-2

Ümumiyyətlə I trimestri, xüsusəndə hamiləliyin 8-ci həftəsi bir qədər riskli dövr sayılır. Belə ki, bu dövrdə düşük riski yüksək olur. Bəzən sancıya bənzər ağrılar yarana bilir, xüsusən qarnın aşağı hissəsi və çanaq nahiyəsində. 
Belə ağrılar güclü olduqda və ya qanlı ifrazatlar yaranarsa, dərhal həkimə məlumat vermək lazımdır. Lakin bəzən bu ağrılar cüzi olur və uşaqlığın ölçüsünün böyüməsi ilə əlaqədar olur. Hamiləliyin bu həftəsində hamiləliyin gedişi və döl barədə ətraflı məlumat almaq üçün üçölçülü USM tətbiq olunur. Hamiləliyin 8-ci həftəsində bəzən hamilə qadınlarda yuxululuq, halsızlıq, başgicəllənmə yaranır. Belə hallarda qadınlara təmiz havada tez-tez gəzməsi məsləhət olunur. 
Hamilə qadının orqanizmi ilə paralel artıq döldə də dəyişikliklər yaranır. Onun uzunluğu 14-20 mm təşkil edir. Cinsiyyət orqanları formalaşır, ürəyin formalaşması başa çatır. Sümük və oynaqlar inkişaf edir. Mədə qarın boşluğuna düşür. Bütün bu inkişaf dəyişiklikləri ilə əlaqədar olaraq, gələcək anada ağız suyunun ifrazatı arta, burun tutulmaları (“hamiləlik riniti”), dəri qaşınması meydana gələ bilər. Bununla yanaşı ürək bulanma, öyümə, bəzən qusma ilə keçən toksikoz halları da ola bilir. Lakin bütün bunlar 12-ci həftədən sonra demək olar ki, keçib gedir.