Hamiləliyin 9-cu həftəsi
Hamilə qadınlarda artıq çəki artmağa başlayır. Hamiləlik zamanı çəkinin artmasına səbəb həm süd vəzilərinin, həm də uşaqlığın böyüməsi, uşağın və eyni zamanda ciftin çəkisinin artmasıdır. Körpənin bu həftələrdə təqribi uzunluğu 22-30 mm-dir, çəkisi isə 1 qramdır. Baş beyni inkişaf edir, beyincik formalaşır. Ürəyi dörd kameradan ibarət olur, süd dişlərinin rüşeymləri formalaşmağa başlayır. Gözlər tam formalaşıb, lakin 27-ci həftəyə qədər göz qapaqları bağlı olur. Hamiləlikdə erkən həftələrdə hətta adi mədə-bağırsaq problemi belə riskli sayıla bilər. Disbakteriozla bağlı ürəkbulanma, qusma, diareya dölün bətndaxili hipoksiyasına və düşüklərə səbəb ola bilər. Ona görə də hamilə qadın xüsusən erkən həftələrdə qidasına xüsusi diqqət yetirməlidir. 30 həftəyə qədər həkimə ayda bir dəfə (əgər ağırlaşma yoxdursa). 30-cu həftədən 36-cı həftəyə qədər ayda 2 dəfə, bundan sonra isə doğuşa yaxın hər həftə baş çəkmək məsləhətdir. Hər ay qanın və sidiyin ümumi analizi verilir və hamiləlik dövründə ən az 3 dəfə USM-si məsləhət olunur. I USM 12 həftəyə qədər dövrdə, II USM 22-ci 26-cı həftədə, III USM 36-38-ci həftələrdə və doğuşa yaxın dövrlərdə.