HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 10-cu həftəsi

news-2

Hamiləliyin 10-cu həftəsində hormonların miqdarının artması ananın əhval-ruhiyyəsinə təsir edir. Yüksək oyanıqlıq və ya əksinə apatiya halları mümkündür. Bu dövrdə hətta I trimestrin sonuna qədər həkimə bir neçə dəfə baş çəkməsi məsləhət olunur. 12-ci həftəyə qədər USM-si ilə dölün ölçüləri dəqiq müəyyən olunur. Uşağın çəkisi artıq 4 qrama yaxın, uzunluğu 31-40 mm-dir. 
Orqan və sistemlər artıq formalaşmışdır. Əl və ayaqlarında dırnaqlar yaranmış, bədəni tüklə örtülmüşdür. Bu həftədən döl böyüməyə başlayır, artıq o insana oxşayır. Böyrək, bağırsaq, beyin və qaraciyər fəaliyyət göstərməyə başlayır. Beyin qabığının bütün qatları artıq formalaşıb. Hamilə qadınların ümumi vəziyyətində ciddi bir dəyişiklik olmasa da, toksikoz narahat edir. Lakin bu müvəqqəti bir dəyişiklik olub əksər hamilələrdə 12-ci həftədən sonra keçib gedir.