Hamiləliyin 12-ci həftəsi
Hamiləliyin 12-ci həftəsindən artıq anada olan toksikoz əlamətləri, yorğunluq, yuxululuq, zəiflik kimi hallar geridə qalır. Bu həftədə artıq dölün uzunluğu 2 sm-dir. Artıq formalaşmış orqanları böyüməyə başlayır. Körpədə ilk reflekslər yaranır, xarici qıcıqlara cavab reaksiyaları formalaşır. Uşaqlığın ölçüsü böyüdüyü üçün artıq qasıq bitişməsinin üzərindən bir qədər önə qabarır. Onu göbəkdən 10-12 sm aşağıda əl ilə toxunduqda hiss etmək olar. Bəzən bu həftədə bir sıra ağırlaşmalar ola bilər.
Hamilələrdə bel ağrıları yaranmağa başlayır. Miqren və güclü baş ağrıları olarsa, pendir, qəhvə, şokolad kimi qidalardan uzaq durmaq məsləhət olunur. Bu dövrdə progesteron hormonunun təsirindən mədədə göynəmə yaranmağa başlayır. Hamilə qadınlarda erkən həftələrdə tez-tez sidik yollarının infeksiyalarına rast gəlmək olur. Sidik ifrazı ağrılı və qanlı olarsa, dərhal həkimə müraciət etmək lazımdır.