Hamiləliyin 17-ci həftəsi
Hamiləliyin 17-ci həftəsində dölün çəkisi çox az təqribən 100 qram təşkil edir, boyu isə 12 sm-dir. Böyrəkləri fəaliyyət göstərməyə başlasa da, cift əsas ifrazedici orqan sayılır. Döldə bəzi hərəkətlər yaranmağa başlayır, məsələn barmağını sormaq üçün ağzına aparmağa başlayır. Bu vaxt körpə dölyanı maye udaraq həzm və sidik ifrazat sistemini məşq elətdirir. Bu həftədən dərialtı piy təbəqəsi yaranmağa başlayır.
Hamilə qadında ağırlıq mərkəzi yerini dəyişdiyinə görə qadın hamiləyə xas xarakterik yeriş almış olar. Orqanizmdə relaksin adlanan hormonun təsiri ilə oynaqlar zəifləşməyə başlayır. Mədədə göynəmə, qıcqırma narahat etməyə başlayır, bunun qarşısını almaq üçün antosid preparatlar təyin edilə bilər. Bu həftədə hamilə qadın uşaqlıq yolundan gələn ifrazata fikir verməlidir. Bəzən kandidoz bu həftədə kəskinləşə bilir. Ona görə uşaqlıq yolu ifrazatında dəyişiklik olarsa, hamilə qadın mütləq həkiminə məlumat verməlidir.