HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 18-ci həftəsi

news-2

Hamiləliyin 18-ci həftəsində körpənin təqribi çəkisi 150 qram, boyu təpədən omaya qədər 14 sm təşkil edir. Uşağın cinsiyyət sistemi formalaşmağa davam edir. Xüsusilə qız uşaqlarında uşaqlıq və Fallop boruları qarın boşluğunda öz yerini almış olur. USM-ində oğlan uşağını artıq fərqləndirmək olur. Dölün baş beyni aktiv şəkildə inkişaf etməyə başlayır, qırış və şırımlar yaranır. Dölün endokrin sistemi fəaliyyət göstərməyə başlayır.
Hamilə qadın 18-ci həftədə xeyli çəki almış olur. Hər həftə çəki artımı 500 qram təşkil edir. Hamiləliyin bu həftəsindən uşaqlığın böyüməsi və çanaqda venalara təzyiqi ilə əlaqədar bəzən varikoz yarana bilər. Bunun qarşısını almaq üçün kompression alt paltarlardan istifadə etmək olar. Uzandıqda isə ayaqları bir qədər hündürdə saxlamaq  tövsiyə olunur. Hamiləliyin 18-20-ci həftələrində prenatal skrininq tətbiq olunur. USM-si də artıq gələcək körpənin cinsiyyəti təyin edilir. Qanda qatılaşmanı nəzarətdə saxlamaq üçün həkim koaquloqram təyin edir və bu müayinə demək olar ki, hamiləliyin sonuna qədər təkrar olunur.