HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 20-ci həftəsi

news-2

Hamiləliyin 20-ci həftəsində  ananın iştahı yüksək, əhval-ruhiyyəsi yüksək olur, nadir hallarda anada bəzən ağrılar yarana bilər. Uşaqlıq böyüyür, yuxarı qalxır, qarın irəli çıxır. Qarın dərisi dartıldığından dəridə qaşınmalar yarana bilər. Əgər bu həftədə anada şişlər yaranarsa dərhal həkimə məlumat verməlidir, çünki bu həftə üçün xarakterik vəziyyət deyil. Bəzən aşağı ətraflarda qıcolmalar yaranır, səbəb təkcə ayaqların yorğunluğu deyil, həm də kalsium çatışmazlığıdır. Əgər normal hamiləlikdirsə, 20-ci həftədə ananın ciddi narahatçılığı olmur. Hamilə qadına təmiz, açıq havada mümkün qədər gəzmək məsləhət olunur.
20-ci həftədə dölün çəkisi 250-300 qr, uzunluğu isə təxminən 16-25 sm təşkil edir. Dölün ayaqları böyümüş, bədəni artıq nisbətən düzgün forma almış olur. Uşağın ürəyi daha fəal döyünür.
Bağırsaqlar işləməkdə davam edir və artıq mekonum yaranır. İlk hamiləlikdirsə körpənin tərpənməyi 22-ci həftədən sonra hiss edilə bilər. Bu tərpəniş balığın suda üzməsi kimi hiss oluna bilir. Hamiləliyin bu həftəsində yalnız həkimin təyinatına əsasən müayinələrdən keçmək tövsiyə olunur.