HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 24-cü həftəsi

news-2

Hamiləliyin 24-cü həftəsi ana üçün yeni hisslər dövrüdür. Bəzi qadınlar hamiləliyin bu dövründə oksigen çatışmazlığından əziyyət çəkirlər. Ona görə də hamilə qadınlara açıq havada  daha çox gəzmək məsləhət olunur. Qadının çəkisi artdığı və qarnı böyüdüyü üçün ümumi yorğunluq, ayaqlarda, beldə ağrılar yaranır. Uşaqlıq göbək üzərindən böyüməyə davam edir. Öndən sidik kisəsinə təzyiq etdiyi üçün bəzən analar tez-tez sidiyə getmək məcburiyyətində qalırlar. Hamiləliyin xüsusilə 24-cü həftəsində hamilə qadın mütləq şəkərə görə qan analizi verməlidir. Çünki hamiləlik dövründə ana uşağı qlükoza ilə təmin etdiyinə görə öz qanında şəkərin  miqdarı arta bilər. Xüsusilə hamilə qadın yaşlı olsa daha çox şəkərə meyllilik ola bilər. Adətən şəkər artsa belə doğuşa qədər keçib gedir. Lakin doğuşun özünü ağırlaşdıra bilər. 24-cü həftədə dölün təqribi çəkisi 600 qram, boyu isə 30 sm-dir. Uşaqda beyin inkişaf edir, gözlər rəng alır, dərialtı piy qatı yaranmaqda davam edir. Körpə tam aktiv olmur. 
Sutkanın böyük hissəsini (20 saat) yatır, qalan vaxtı isə hərəkətdə olur. Körpənin rejimi ilə ananın rejimi üst-üstə düşməməlidir. Bəzən körpə gecə çox fəal ola bilər. 24 həftəlik dölü ana bətnində video, USM və Dopler aparatı çəkilişi ilə müşahidə etmək olar. Hamilə qadın bəzən bu həftələrdə doğuş sancısına bənzər sancı hiss edə bilər. Uzandıqda, istirahət etdikdə normada bu “yalançı sancılar” keçir. Əgər davam edərsə hamilə qadın mütləq həkiminə məlumat verməlidir.