HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 25-ci həftəsi

news-2

Hamiləliyin 25-ci həftəsindən uşaqsalma təhlükəsi aşağı olduğu üçün bu dövrü analar üçün psixoloji baxımdan əhəmiyyətli hesab etmək olar. Bu həftədə qadının çəkisi sürətlə artır. 6-7 kq kökəlir, lakin hələ doğuşa qədər5 kq da toplamaq olar.  25-ci həftədə hamilənin qarnı daha da böyüyür. Artıq müayinə zamanı həkim qarnın çevrəsinin ölçür, dölün ürək döyüntüsünü dinləyir və onun uşaqlıqdakı vəziyyətini müəyyən edə bilir. Hamiləlik sakit keçir, heç bir narahatçılıq müşahidə edilmir. Hamiləliyin 25-ci həftəsində körpənin boyu 22 sm, çəkisi 700 qrama çatır. 25-ci həftədən artıq uşağın ana orqanizmindən kənarda yaşamaq şansı olur. Lakin bu şans təəssüf ki, çox azdır. 
Uşaqlıq qasıq bitişməsindən 25 sm yuxarıda yerləşir. Dibinin hündürlüyünə görə hamiləliyin gedişatı dəyərləndirilir. Hamiləliyin bu müddətində dölyanı mayenin miqdarında dəyişiklik ola bilər. Bu da ana və uşaq üçün təhlükəli ola bilər. Dölyanı maye çox olduqda ciftin vaxtından əvvəl ayrılması və dölün hipoksiyasına səbəb ola bilər. Bu vəziyyəti medikamentoz yolla  bərpa etmək olar.