Hamiləliyin 26-cı həftəsi
Hamiləliyin 2-ci üç ayı başa çatır və 26-cı həftə başlanır. Analar bu dövrdə adətən narahat olmağa başlayır. Mədə qıcqırması, qəbizlik, əl-ayağın şişməsi, varikoz, beldə ağrılar, yorğunluq hamilə qadınları narahat edir. Hamiləliyin bu dövründə dölün çəkisi təxminən 750 qramdır. Uşağın uzunluğu 30 sm-dən bir qədər artıq olur. Döldə artıq böyümə hormonu sintez olunmağa başlayır.
Hipofizdə, belə ki, 25-ci həftəyə qədər bu ananın endokrin sisteminin hesabına idi. Həmçinin böyrəküstü vəzdə kortikosteriodlər də sintez olunmağa başlayır. Bu hormonlar körpəni ana bətnindən kənarda yaşamağa hazırlayır. Hamiləliyin bu dövründə qadınlarda ayaqlarda qıcolmalar yaranır. Bu, əsasən hamilə qadının orqanizmində kalsium və ya maqnezium çatışmazlığından yaranır.
Bəzən III trimestrin əvvəlində hamilə qadınlarda ayaqlar şişməyə başlayır. İstənilən halda vaxtında hamilə qadın bu narahatçılığa görə həkimə müraciət edərsə medikamentoz yolla problem aradan qaldırıla bilər. Şişkinliyi azaltmaq üçün dərmanlardan əlavə duzlu yeməklərdən uzaq durmaq lazımdır.