Hamiləlikdə mədə-bağırsaq xəstəlikləri
Hamiləlik mədə-bağırsaq orqanların fəaliyyətinə güclü təsir edir. Böyüməkdə olan uşaqlıq bağırsaqları sıxır. Hamiləliklə bağlı olan proqesteron hormonunun artması da bağırsaqların normal fəaliyyətini pozur. Məhz bu səbəbdən hamilə qadınlar tez-tez qəbizlikdən və digər həzm proseslərin (qıcqırma, meteorizm və s.) pozulmalarından əziyyət çəkir.
Mədə yanması :Mədə şirəsinin qida borusuna düşməsi yanmalara səbəb olur.Hamiləliklə bağlı əzələ boşalması mədə-qida borusu sfinkterini zəiflədir.İrəli dövrlərdə isə qarının böyüməsi, mədəni sıxması da bu cür yanğıları artırır. Mədəni çox doldurmamağa diqqət etmək, həddən artıq ədvalı, yağlı qidalardan uzaq durmaq, yeməkdən sonra bir qədər uzanmaq, yatarkən başı və sinəni mədədən daha yüksək səviyyədə tutmaq bu şikayətləri azlada bilər.
Qəbizlik : Hamiləlikdə cox görülən narahatlıqlardan biridir.Hamiləlik hormonları bütün düz əzələlərdə olduğu kimi həzm sistemi əzələlərində boşalamya səbəb olur.Bu boşalma bağırsaq hərəkətlərinin yavaşıması ilə nəticələnir.Hamiləliyin son dövrlərində böyümüş uterus düz bağırsağa təzyiq etməsi də qəbizliyə yol açan səbəblərdəndir.Qəbizlikdən qurtulmaq üçün dərmana başlamazdan öncə edə biləcəyiniz şeylər var : Gündə 2 litr maye qəbul edin, meyvə — tərəvəz, lifli qidalar yeyin və həkiminizin məsləhət bildiyi şəkidə idman edin.
Qarın ağrıları : Hamiləlikdə uşaqlıq sürətlə böyüyür bun qarşılıq uterusu yerində tutan bağlar bu sürətə ayaq uydura bilmirlər.Bu gərilmə qarında yerini tam göstərə bilmədiyiniz kəskin ağrılarla təzahür edir.Qəbizlikdə qarın ağrıları yaradır. Qarın ağrısında bir təhlükə oldugunu unutmayın və ağrıları öz bildiyiniz üsullarla aradan qaldırmadan öncə həkiminizə bildirin. Bəzən hamiləlik zamanı qadınlar sağ qabırğaaltı nahiyəsində ağırlıq hissi və ağrılar hiss edir.Bu öd yolları və öd kisəsinin diskineziyasının simptomları ola bilər. Böyüməkdə olan uşaqlıq qarın boşluğunda yerləşən orqanlara (o cümlədə, öd kisəsinə) təzyiq edərək onların fəaliyyətini pozur ki, nəticədə həzm prosesin çətinləşməsi, meteorizm, qəbizlik, öd kisəsinin diskineziyası kimi pozulmalar meydana çıxır. Həkimə müraciət edərək USM-dən keçmək lazımdır. Diaqnoz təsdiq olunduqda, həkim müəyyən pəhriz təyin edəcək.