HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 27-ci həftəsi

news-2

Hamiləliyin 27-ci həftəsi artıq hamiləliyin üçüncü ayı deməkdir. Bu həftədə qadının çəkisi 9 kq artmış olur. Körpənin çəkisi isə 1 kq-a yaxındır, hərəkətləri daha aktivdir. Uşaqlıq böyüdüyü üçün dölün hərəkətləri artdığı üçün ananın sərbəst hərəkətləri çətinləşir, tez yorulur. Böyümüş uşaqlıq ətraf orqanlara təzyiq etdiyi üçün hamilələrdə qəbizlik, tez-tez sidiyə getmə, ürəkbulanma, bel ağrıları müşahidə edilir. Xüsusilə ağrılar hamiləliyin II yarısında normal haldır. Relaksin hormonu qadını doğuşa hazırlayır. Bəzən ağırlıq mərkəzi dəyişdiyindən  qadında ağrıları azaltmaq üçün bandaj taxmaq məsləhət olunur. Körpənin daxili orqanları tam formalaşmış olur. Ağciyərlərdə alveollar formalaşır. Sufaktant yaranmaqla davam edir. Oğlan uşaqlarında xayalar qarın boşluğundan kisəyə sallanmağa başlayır.
Hamilə qadın mütləq ayda iki dəfə həkimin qəbulunda olmalıdır. Əgər hamiləliyin bu həftəsində doğuş baş verərsə uşağın sağ qalma şansı 55% təşkil edir.