HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 29-cu həftəsi

news-2

Analıq məzuniyyətində son həftə-hamiləliyin 29-cu həftəsi başlanır. Hamiləliyin bu həftəsində ən əsas məqam çəkiyə nəzarət olunmasıdır. Qidada xüsusilə karbohidrat qəbulu azaldılmalıdır. Bu həftədən anada qıcqırma, ürəkbulanma, bel ağrıları, yuxusuzluq kimi hallar baş verə bilər. Bu dövrdə körpə artıq kifayət qədər iridir və bu, onun daxili orqanlarının səsini dinləməyə və nəzarət etməyə imkan yaradır. 
Hamiləliyin 29-cu həftəsində körpənin çəkisi 1250 qr, boyu 37 sm ola bilir. Əgər bu həftədə doğuş olsa körpə xüsusi avadanlığın daxilində ana bətnindəki kimi qalacaq. Körpə artıq yeni doğulmuş uşağa bənzəyir. Uşağın eşitmə, dadbilmə, iybilmə hissləri artıq formalaşıb. Görmə qabiliyyəti hələ zəif olsa da işıqla qaranlığı ayırd edə bilir. 
Hamiləliyin bu həftəsində böyüməkdə olan uşaqlıq ətraf orqanlara təzyiq etdiyi üçün anada narahatçılıqlar yaranır. Bu narahatçılıqlar ginekoloqun məsləhətlərindən faydalanmaqla aradan qaldırıla bilər.