HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 31-ci həftəsi

news-2

Hamiləliyin 31-ci həftəsində artıq doğuş yaxınlaşır. Körpə hər gün böyüyür, çəkisi artır. Bu həftədə anada müəyyən narahatçılıqlar yaranır. Çünki böyüyən körpə daha çox yer tutur və artıq dünyaya gəlməyə hazırlaşır.
Ananında çəkisi  artmağa başlayır, təxminən 8,6 kq artır. Qarın böyüməkdə davam edir. Uşaqlıq göbəkdən 11 sm hündürlükdə yerləşir. Böyüyən uşaqlıq ətraf orqanlara təzyiq edərkən onların fəaliyyəti üçün müəyyən çətinliklər yaradır. Xüsusən bu həftədə mədədə ağrı, qıcqırma, göynəmə yaranır. Hamiləliyin 31-ci həftəsində anada təngnəfəslik, bel ağrıları baş verə bilər. Bu doğuş prosesinə hazırlıq hesab olunur.
Bu dövrdə ana üçün çəki artımının yol verilən norması həftədə 300 qr-dan artıq olmur. Normal art. təzyiq 120/20 mm. civə sütunu təşkil edir. Hamiləliyin 31-ci həftəsində hamilənin özünü müdafiə gücü zəifləyir. Böyrəklər mayeni süzməyi və duzları xaric etməyi çatdırmaya bilər.Bu isə ətrafların şişməsinə gətirib çıxaracaq. Profilaktika üçün hər dəfə imkan olduqca analara məsləhət olunur- ayaqlarını nisbətən hündür yerə qoysunlar, dar geyim və ayaqqabıdan, duzdan imtina etsinlər, hər gün ən azı 1,5 litr su içsinlər. Ana ilə paralel körpədə çəki alır. Bu həftədə dölün çəkisi 1,6 kq, boyu 39-40 sm olur. Körpənin hərəkətləri bu həftədə daha aktivdir. Bu həftədə dölün ağciyər toxuması yetişir, alveollar torbacıqlarda “sunfaktant” adlı xüsusi maddə ifraz edən qat yaranır. Ona görə 31-ci həftədə əgər doğuş baş versə dölün həyatda qalma şansı digər həftələrlə müqayisədə yüksək olur