HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 32-ci həftəsi

news-2

Hamiləliyin bu həftəsində artıq ana üçün yerimək çətinləşir, uşağın fəallığı artır. Ananın çəkisi həddən çox artdıqda karbohidrat qəbulu dayandırılır. Dölün çəkisi durmadan artır. Boyu 42 sm, çəkisi 1,8 kq olur. Təbii dölün çəkisi, boyu artdıqca anada müəyyən narahatçılıqlar yaranır. Göbək daha dartılır, qarnın üzərindəki tünd xətt daha da tündləşir. Hamiləliyin 32-ci həftəsində uşaqlıq tez-tez yığılır. Bəzi hallarda bu həftələrdə dölyanı mayenin miqdarında dəyişiklik ola bilər.Suyun çoxluğu nadir hallarda: cəmi 2% ehtimalla baş verir. Buna əksər hallarda qadındakı müəyyən xroniki xəstəliklər səbəb olur.  Buna görə bu həftədə mütləq anada olan kiçik bir narahatlıq halında belə mütləq həkiminə məlumat verməlidir.