HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 33-cü həftəsi

news-2

Hamiləliyin 33-cü həftəsində qarın artıq tədricən böyüyür. Bəzən çanaqda ağrılar ananı narahat edə bilər. Uşaqlıq yuxarıya doğru böyüməkdə davam edir. Bu mərhələdə o artıq göbəkdən 13 sm yuxarı qalxmış olur. Ananın çəkisi 9,9 kq-dan 12,6 kq-dək artır. Əksər hamilələrdə hamiləliyin erkən həftələrindən yaranan qanazlığı artıq tədricən aradan qalxır. 
Böyümüş uşaqlıq sidik kisəsinə təzyiq etdiyi üçün analar bəzən gecə 5-6 dəfə sidiyə getməli olurlar. Döl yanı artıq stabil bir həcmə çatır və demək olar ki, hamiləliyin sonuna qədər həmin həcmdə qalır. Analarda tez-tez sidiyə getməilə yanaşı qəbizlik, həzm pozğunluğu, qulaqların tutulması, baş ağrısı, bel ağrısı, varikoz, ətraflarda qıcolmalar yaranır. Bunlar mümkün simptomlar olsa da mütləq deyildir. Bu həftədə dölün çəkisi 2 kq-a çatır, boyu isə 42-44 sm olur.Döldə endokrin sinir və immun sistemlərinin formalaşmasında yekun mərhələdir. Artıq körpənin dərialtı piy qatı artmaqda davam edir, üzdəki qırışlar azalır, yanaqlar böyüyür. Lakin piy toxuması hələ kiçik olduğundan bu həftədə doğulmuş uşaqlar xüsusi küvezlərdə saxlanılır.