HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 35-ci həftəsi

news-2

Hamiləliyin 35-ci  həftəsində hestasion dövrün sonuncu həftələrindən sayılır. Bu həftədən etibarən hamilə qadında tənəffüsdə çətinliklər, qabırğaaltı nahiyədə ağrılar, qəbizlik, yuxusuzluq, tez-tez sidiyə getmə halları müşadə olunur. Hamiləliyin 35-ci həftəsində dölün boyu 46 sm, çəki isə 2400-2700 qr arası olur. Əgər bu həftə doğuş baş verərsə sərbəst tənəffüs ala bilər, çünki artıq 35-ci həftədə yeni doğulan körpənin tənəffüs sistemi tam formalaşmış olur. Sümükləri tam inkişaf etsə də kəllə sümükləri yumşaq olur. Hamiləliyin 35-ci həftəsində döl artıq yerini dəyişərək doğuş üçün gələcək vəziyyətini alır. Əsasən baş – ənsə gəlişində boylama yerləşmiş olur. Dölün digər daxili orqanları da artıq formalaşmış və ana bətnindən kənarda sərbəst fəaliyyət göstərməyə hazır olur.
Hamiləliyin 35-ci həftəsində uşaqlıq 35 sm qədər böyüyür. Estrogen hormonunun təsiri altında uşaqlıq boynu yumşalır, doğuşa hazırlaşır. Bu həftədə hamilənin qarnı bir qədər sərt olur. Bu uşaqlıq əzələlərinin yığışmasını və tonusu göstərir. Çünki 35 həftədən etibarən artıq uşaqlıq doğum fəaliyyətinə hazırlaşır. Uşaqlıq yolundan gələn ifrazatın xarakterində də dəyişik olur. Belə ki, artıq bu ifrazat  krem şəkilli və ya südəbənzər selik şəklində olur. Bu selik tıxacın bir hissəsi hesab olunur. Hansı ki, uşaqlıq boynun tam örtərək dölü xarici mühitin mikroorqanizmlərindən qoruyur. Bəzən bu həftədə tıxac tam ifraz oluna bilər ki, bu artıq doğuşun başlandığınıgöstərə bilər. Əgər hamilə qadının uşaqlıq yolu ifrazatının xarakteri dəyişərək sarımtıl, yaşıl və ya qəhvəyi kəskin qoxulu olarsa qadın dərhal həkiminə məlumat verməlidir. Bu əlamətlər hər hansı bir infeksiyanın olduğunu və gələcəkdə hamiləlik üçün həyatı təhlükə ola biləcəyini göstərir. Əgər ifrazda qan olarsa bu suyun vaxtından əvvəl axdığını göstərir. Hamiləliyin 35-ci həftəsində hestoz yarana bilər ki, bu da eklampsiyaya keçərək ana və uşaq üçün təhlükə törədə bilər. Ona görə belə hallarda hamiləliyini qeysəriyyə əməliyyatı ilə sonlandırılmasına qərar verilir. Bəzən isə bu həftədə vaxtından əvvəl doğuş ola bilər. Belə olduqda uşağın həyatı üçün heç bir təhlükə olmur.  Doğumdan sonra yeni doğulmuş bir müddət xüsusi küveyz içərisində saxlana bilər.
Beləliklə hamiləliyin 35-ci həftəsi bu qədər kritik sayıldığı üçün hamilələrə diqqətli olmaq məsləhət olunur. Hətta təyyarə ilə səyahət etmək belə məsləhət görülmür.