HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 36-ci həftəsi

news-2

Hamiləliyin 36-cı həftəsində döl tam formalaşmış sayılır. Əgər bir həftədən sonra doğuş baş verərsə  bu halda yeni doğulmuş sərbəst tənəffüs etməyə başlayır. 35-ci həftəsini geridə qoymuş hamilə qadında yuxusuzluq, bud-çanaq nahiyədə ağrılar, ətraflarda keçib gedən şişkinlik kimi narahatçılıqlar yaranır. 
Döl ana bətnində aktiv hərəkət edir. Lakin böyüdükcə hərəkətləri azalmağa başlayır. Son həftələrdə artıq döl doğuşa hazır vəziyyətdə dayanmış olur. Bu ya baş gəlişi, ya da çanaq gəlişi olur. Hətta bəzən köndələn vəziyyət də olur. Son iki vəziyyətdə hamiləliyin qeysəriyyə əməliyyatı ilə sonlandırılmasına qərar verilir. 36-cı həftədə dölün çəkisi 2750 qr, boyu 46-47 sm olur. Döl xarici görünüşcə tam formalaşmış olur. Kəllə sümükləri yumşaq olur. Dölyanı mayeni udduğuna görə orqanizmin peristaltikası inkişaf edir. Döl tam formalaşsa da daxili orqanları tam formalaşmış sayılmır. Sinir immun və endokrin formalaşmağa davam edir. Ürək döyüntüləri dəq. 140-150 vurğu təşkil edir. 
Hamiləliyin 36-cı həftəsində ana daha diqqətli olmalıdır. Bəzən bir sıra səbəblərdən qadında yalançı doğum sancıları yarana bilər: həddən artıq fiziki aktivlik, dölün aktivliyinin artması, güclü stress, emosional gərginlik, sidik kisəsinin uzun müddət dolu olması və s.səbəblərdən.
Hamilə qadın 36-cı həftədə uşaqlıq yolu ifrazatına diqqət etməlidir. Əgər ifrazatda qan  görərsə dərhal xəstəxanaya yerləşdirilməlidir.