HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 37-ci həftəsi

news-2

Hamiləliyin 37-ci həftəsində analar dolu emosional və bir qədərdə gərgin olurlar. Doğuş yaxınlaşdıqca  bəzən yalançı doğum sancıları yaranır. Bu halda analar bu doğum sancılarını həqiqi doğum sancılarından fərqləndirməyi bacarmalıdırlar Belə ki yalançı doğum sancıları olduqda hamilə qadın təmiz havada gəzdikdə və  ya digər fiziki aktivliklə məşğul olduqda bu sancılar keçib gedir. Həqiqi doğum sancılarında iləstabil olur, sancılar arası interval olur və getdikcə interval qısalır, sancılar isə güclənir. Hamilə qadında artıq qarın aşağıya doğru endiyindən ananı mədə göynəməsi narahat etmir, rahat nəfəs almağa başlayır. Lakin əksinə, sidik kisəsinə təzyiq olduğu üçün hamiləliyin bu həftəsindən hamilə qadınlarda  tez-tez sidiyə getmə halları yaranır. Hamiləliyin bu həftəsində dölün hərəkətində asanlaşma olur. Çünki artıq böyümüş döl üçün uşaqlıq daxilində hərəkət çətinləşir. 37-ci həftədə dölün çəkisi təxminən 2900 qr boyu isə 49 sm olur. Dölün dərisində nazik tük artması olur ki buna lanuqə deyilir. 37-ci həftədə bu tüklər tökülür yalnız çiyində və bel hissədə az miqdarda qalır. Bəzi uşaqlarda doğulduqdan sonra da olur, lakin zamanla tökülür.
Hamiləliyin bu həftəsində döldə tutma və əmmə refleksləri formalaşmış olur. Belə ki, o ana bətnində barmağını əmə bilər, göbək ciftini tuta bilər. Həmçinin dölyanı maye uda bilər. Hamilənin ümumi görünüşünə diqqət etdikdə bu həftədə artıq qarın hissə aşağıya doğru enmiş olur. Uşaqlıq böyüyərək aşağıda çanaq sümüklərinə təzyiq edir. Ona görə bu həftədə yalançı doğum sancılar da yarana bilər. Uşaqlıq boynu qısalır, yumşalır və doğum  fəaliyyəti üçün hazırlaşır. Hamiləliyin  37-ci həftəsində uşaqlıq kifayət qədər böyümüş olur. Hətta göbək səviyyəsindən 15-17 sm yuxarı olur. Uşaqlıq yolu ifrazatı artıq 36-cı həftədən xarakterik xüsusiyyət alır. Duru və şəffaf olur. Əgər ifrazatın miqdarı artarsa və suyabənzər xarakter olarsa, hamilə qadın dərhal həkiminə müraciət etməlidir. 37-ci həftə hamiləliyin artıq  kifayət qədər irəli bir həftəsidir.Ona görə ağırlaşmalar olmasın deyə hamilə qadın daha diqqətli olmalıdır. Çünki bu həftədə düşük kimi təhlükəli ağırlaşmalar ola bilər. Bunun əsas səbəbləri bunlardır: infeksion xəstəlik, mexaniki travma (xüsusən qarnın), döldə hipoksiya, irsi patologiya, anadangəlmə patologiya, qazanılmış patologiya, gen mutasiyaları. 
37-ci həftədə bəzən D vitamini azlığı olur ki, bu da gələcəkdə uşaqda raxit xəstəliyinin yaranmasına səbəb ola bilər. Bəzi hallarda hamiləliyin 37-ci həftədə cərrahi yolla sonlandırılmasına qərar verilir. Bu aşağıdakı hallarda olur: Az sululuq, çox sululuq, çanaq gəlişi, dölün kəskin hipoksiyası, cift gəlişi.