HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 40-cı həftəsi

news-2

40-cı həftə hamiləliyin tam yetişmə həftəsi sayılır. Həm ana orqanizmi, həm də döl doğuşa tam hazırdır.Hamilə qadında tənəffüs üçün çətinlik və mədə qıcqırması kimi diskomfort halları yaranır. 40-cı həftədə isə artıq hamilə qadının qarnı aşağıya doğru endiyi üçün ana orqanizmində bir növ rahatlıq yaranır. Tənəffüsü rahatlaşır, mədə tərəfdən yaranan narahatlıq yox olur.  Lakin böyümüş uşaqlığın sidik kisəsinə təzyiqi nəticəsində tez-tez sidiyə getmə baş verir. Qarnın aşağı enməsi çanaq sümüklərinə də təsir edir.  Eyni zamanda doğuma hazırlıq üçün ana orqanizmində relaksin adlanan hormon sintez olunur ki, bunun nəticəsində çanaq sümükləri yumşalır və doğuma fəaliyyət üçün şərait yaradır.  İstənilən halda artıq bu həftədə sümüklərdəki bu dəyişikliklə bağlı və böyümüş qarnın təsiri nəticəsində anada az-az ağrılar yaranmağa başlayır. Ona görə də bu həftədə hamilə qadın fiziki gərginlikdən uzaq durmalı və daha çox istirahət etməlidir. Qarnın ön divarında xüsusilə aşağı hissədə tutma şəkilli ağrılar yaranır ki, bu da uşaqlıq boynunun doğuma hazırlığı  ilə əlaqədar olur. Uşaqlıq boynu qısalır, yumşalır və uzunluq 1 sm-ə çatdıqda doğuş baş verir. 
40-cı həftədə döl tam formalaşmış olur. Onun çəkisi 3500 qr, boyu 50 sm ola bilir. Dölün daxili orqanları tam formalaşıb və xarici mühitdə sərbəst fəaliyyət üçün tam hazırdır. 40-cı həftədə dölün hərəkətində azalma olur. Kiçik  çanaq girəcəyində dölün gələcək hissəsi əllənir. Uşaqlıq yolu ifrazatının xarakteri artıq 38-ci həftədən dəyişir və daha şəffaf olur. Əgər ifrazatı rəngində qəhvəyiyə və ya qırmızıya çalan dəyişiklik müşahidə edilərsə bu doğuşun yaxın olmasından xəbər verir. Artıq hamiləliklə bağlı problemin olduğunu göstərir. Çünki belə olduqda dölün bətndaxili hipoksiyasına səbəb olur. Bu halda ana dərhal xəstəxanaya yerləşdirilməlidir. Ana və uşağın vəziyyətindən asılı olaraq, doğuşun hansı yolla həyata keçməsinə qərar verilir.