Hamiləliyin 41-ci həftəsi
41-ci həftə hamiləliyin sonuncu həftəsi ola bilər. Bu həftədə böyümüş və aşağı enmiş qarnın bud-çanaq nahiyəsinə təzyiqi nəticəsində həmin hissələrdə ağrılar yaranır.28-ci həftədə sintez olunan relaksin hormonun təsiri altında çanaq sümükləri yumşalmış olur və hər iki halda çanağın aşağı hissəsində ağrılar yaranır və bu da ana orqanizmini doğuma hazırlayır. Hamiləyə əsasən yan tərəfi üzərində uzanmaq məsləhət olunur. Bu həftədə anada ilk süd olan ağız-südü yaranır. Böyümüş uşaqlığın ətraf orqanlara, xüsusən sidik kisəsi və bağırsaqlara təsiri nəticəsində tez tez sidiyə getmə köp və meteorizm, qəbizlik halları yaranır. Ona görə bu həftə anaya köp və qəbizlik verən qidalardan uzaq durmaq məsləhət görünür.
Dölün çəkisi təxminən 3500 qr, boyu isə 51 sm təşkil edir, lakin bu göstəricilər məhdudlaşdırılır. 41-ci həftədə artıq döl orqanizmi tam yetişmiş olur. Daxili orqanlar ana orqanizmindən kənarda fəaliyyət göstərməyə tam hazırdır. Ağ ciyərdə kifayət qədər surfaktant adlanan maddə toplanılır və ağciyərlərin sərbəst fəaliyyəti üçün heç bir problem yaranmır. Normalda uşaq baş aşağı vəziyyətdə yerləşmiş olur və doğuşa hazırdır. 41-ci həftədə uşaqlıq doğum fəaliyyəti üçün hazırdır. Lakin uşaqlıq boynu tədricən yetişməyə başlayır, yumşalır, qısalır. Uşaqlıq boynun ölçüsü 1sm -ə çatdıqda servikal kanal açılır və beləliklə doğuş başlayır. Uşaqlıq göbəkdən 20 sm yuxarıda olur. Ümumi uşaqlıq dibinə qədər olan uzunluğu 40 sm olur. Uşaqlıq yolu ifrazatı normalda adi selikdən ibarət olur. Lakin bəzən vaxtından əvvəl döl yanı maye axması, ciftin ayrılması hallarında ifrazatın xarakteri dəyişə bilər. Ona görə də 41-ci həftədə hamilə qadın bir qədər diqqətli olmalı və uşaqlıq yolu ifrazatına fikir verməlidir. Hər bir halda həkimə məlumat verməlidir. Həmçinin anada hər hansı infeksiyanın olması da uşaqlıq yolu ifrazatının xarakterikini dəyişə bilər. Müalicə olmadıqda doğuş zamanı uşağın doğuş yolundan keçərkən yoluxma halları ola bilər.