HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 43-cü həftəsi

news-2

Hamiləliyin 43-cü həftəsi olduqca uzun bir müddət sayılır və həkimlər üçün narahatçılığa səbəb olur. Hamiləliyin bu həftəsində hamilələrin  həkim nəzarəti altında saxlanması məsləhət edilir. Çünki istənilən an doğuş baş verə bilər. Əgər ana və uşaq tərəfdən heç bir narahatçılıq yoxdursa hamiləliyin süni yolla sonlandırılmasına ehtiyac duyulmur. Hamiləliyin 43-cü həftəsində dölün ölçüləri böyümüş olur, çəkisi 4 kq, boyu 55 sm-ə qədər ola bilir. Hətta bəzən çəkisi 5,5 kq, boyu 56 sm-ə çata bilir. Dölün sümükləri, xüsusilə kəllə sümükləri artıq bərkimiş olur. Dölyanı maye mekkonium adlanan dölün ilkin nəcisi ilə çirkləndiyi üçün ana və uşaq orqanizmi üçün təhlükə törədə bilər. Hamiləliyin 43-cü həftəsində uşaqlıq ölçüləri həddən artıq böyümüş olur. Hətta göbək səviyyəsindən 23-24 sm-ə qədər böyüyə bilir. Ümumi uşaqlığın ölçüsü isə 43 sm-ə çata bilər. Böyümüş uşaqlıq aşağı boş venaya uzun müddət təzyiq etdiyi üçün anada baş gicəllənmə, ürək getmə halları yarana bilər. Ona görə də 43-cü həftədən sonra hamiləliyin saxlanması məsləhət görülmür.