Qadınlarda genetal herpes
Xəstəliyin törədicisi herpeviruslar ailəsindən olan viruslardır. Bunlara insanda xəstəlik yarada bilən 8 növ virus aiddir.
Infeksiyanın mənbəyi yoluxmuş (xəstə) insandır. Genital herpesə həssaslıq çox yüksəkdir.
Virus hüceyrənin gen aparatında yer alıb, onu zədələyir. Hüceyrələrin bölünməsi zamanı herpes bütün irsi məlumatlarla birgə digər hüceyrələrə də ötürülür. Qadının bir dəfə herpesə yoluxması kifayətdir ki, o, bundan artıq yaxa qurtara bilməyəcəkdir. Qadınlarda genital herpes aşağıdakı səbəblərdən yaranır: alkoqol, soyuqlama, isti vurma, stress, infeksion xəstəlikləri (məsələn, qripp), emosional gərginlik.
Qadınlarda genital herpesə yoluxma.
Genital xəstəliyi anal, oral və vaginal sekslə məşğul olmaqla "qazanmaq” olar. Kəskin simptomları olan insanlar daha yüksək yoluxdurucu qabiliyyətə malikdirlər. Lakin əksər hallarda xəstəliyə simptomsuz cərəyan edən insanlar yoluxdururlar. Tibbi təcrübədə xəstə, genital herpesə yoluxmuş gələcək ananın xəstəliyi dölə ötürdüyü hallar da qeydə alınmışdır. Xəstəliyə hansısa digər yollarla yoluxma ehtimalı azdır. İctimai tualet, üzgüçülük hovuzları, ümumi qab, hamam, dəsmal və s.-dən istifadə etməklə yoluxma yolu deyil.
Simptomları.
Xəstəlik uşaqlıq yolu, kiçik və böyük cinsi dodaqlar, uşaqlıq boynu, anal dəliyi və sidik ifrazı kanalı nayihəsində səpgilərlə özünü bildirir. Budun daxili səthinə yayılması da mümkündür. Səpgi çox vaxt yanğı (acışma) və ağrı ilə müşayiət olunması mümkündür. Səpgi qruplaşmaya meylli olan xırda suluqlardan ibarət olur. Onların möhtəviyyatı bulanıqlı olur. Əksər hallarda, təxminən bir həftə sonra, bu suluqlar partlamağa başlayır. Onların yerində əvvəlcə eroziya əmələ gəlir, sonra tədricən onları 2-3 həftəyə sağlam toxuma ilə örtülən qabıq əvəz edir. Bu xəstəlik üçün dəri qaşınması və zədələnmiş sahələrdə qaşınma səciyyəvidir. Çox vaxt qadınlar özlərində məhz bu simptomları müşahidə etdikdən sonra həkimə müraciət edirlər. Bəzi hallarda xəstə qadınlar qaşınma, acışma və yanğıdan başqa, qarnın alt hissəsində düz bağırsağa və ya bel nayihəsinə verən ağrılar da hiss edirlər. Həmçinin xəstəlik zamanı cinsi yollardan ifrazatların intensivliyi də qeydə alınır. Bu, xüsusən də menstrual tsiklin ikinci yarısında müşahidə olunur.
Müalicə.
Bu zaman orqanizmin müdafiə qüvvələrini yüksəldən və virusəleyhinə preparatlar qəbul etməklə kombinə edilmiş terapiya tələb olunur.